Rusiyanın məşhur almaz şirkətinə sanksiya tətbiq edildi

Rusiyanın məşhur almaz şirkətinə sanksiya tətbiq edildi

Avropa Birliyi (AB) Rusiyadan almaz idxalına qoyulan qadağa çərçivəsində “Alrosa” və onun baş direktoru Pavel Marinşevi qara siyahıya salıb.

AzerTimes xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell bildirib.

“12-ci sanksiya paketində Rusiyadan almaz idxalına qoyulan qadağaya uyğun olaraq, AB bu gün dünyanın ən böyük almaz hasilatı şirkəti olan “Alrosa”nı və onun baş direktorunun adını qara siyahıya salıb”,- o qeyd edib.

Borrel vurğulayıb ki, AB Rusiya almazlarına qarşı sanksiyaları Böyük Yeddilik (G7) ölkələri ilə koordinasiyalı şəkildə qəbul edir.

Teqlər: