Rusiyanın lider şirkəti Azərbaycanda kibertəhlükəsizlik məhsullarının birgə istehsalını təşkil edəcək

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiyanın informasiya təhlükəsizliyi sahəsində lider şirkəri Azərbaycanda kibertəhlükəsizlik məhsullarının birgə istehsalını təşkil edəcək.

Bunu AzerTimes-a müsahibəsində “Kod Bezopasnosti” (Təhlükəsizlik Kodu) şirkəti rəhbərinin müavini Oleq Kravçuk deyib.

Onun sözlərinə görə, “Kod Bezopasnosti” Rusiyada tam spektrdə informasiya təhlükəsizliyi vasitəslərinin layihələndirilməsi, hazırlanması və istehsalını həyata keçirən iri şirkətdir:

“Şirkətimizin məhsulları işçi stnsiyaları və serverləri, şəbəkə infrastrukturunu müdafiə edir. Biz bulud strukturlarının müdafiəsi üzrə ən yaxşı həllərdən birini təqdim edirik”.

O.Kravçuk qeyd edib ki, onun Azərbaycana səfəri məhsul istehsalı ilə bağlı birghə müəssisənin yaradılması təklifi ilə əlaqədardır:

“Biz Azərbaycanda Rusiya informasiya təhlükəsizliyi məktəbinin təcrübəsini, şirkətimizin istehsalı olan informasiya təhlükəsizliyi vasitələrinin yaradılması sahəsində işlərimizi inteqrasiya etmək, riyaziyyat və kriptoqrafiya məktəbini təqdim etmək istəyirik. Məhsulub tərtibartı məsələsi isə Azərbaycan tərəfinin nəzarətində olacaq”.

O bildirib ki, sifarişçi tərəfindən informasiya təhlükəsizliyi vasitəsinin seçimi etimad məsələsidir:

“Əgər sifarişçi təhlükəsizlik məhsulların etibar edirsə, o, həmin məhsulların texniki xassələrini, istifadə və tədarük imkanlarını öyrənir. Bizim birgə əməkdaşlığımızın təşkili və Azərbaycanda informasiya təhlükəsizliyi vasitələrinin istehsalı “Kod Bezopasnosti” şirkətinin ikinci məhsulu olmamalıdır, yəni Azərbaycanda istehsal olunacaq müdafiə sistemləri Rusiyada istehsal olunanlarla eyni olmamalıdır”.


O.Kravçuk vurğulayıb ki, bu məhsullar Azərbaycanın olmalıdır vı həm daxili bazarda, həm də gələcək ixracatda etimad qazanmalıdır:

“Biz əminik ki, Azərbaycanda istehsalını planlaşdırdığımız məhsullar ixrac potensialına malik olacaq, belə ki, bizim sistemlərimizə tələbat var. Azərbaycana qonşu olan bütöv region bizim birgə məhsullarımızın ixracı üçün maraq dairəmizdədir. Buraya Səudiyyə Ərəbistanı, BƏƏ, Hindistan, Pakistan, eləcə də Cənub-Şərqi Asiyada satışların genişləndirilməsi daxildir”.

O əlavə edib ki müəssisə bu gün 20-dən çox ölkəyə öz məhsulunu ixrac edir:

“Bizim məhsullarımız Cənub-Şərqi Asiyada, Malayziyada, İndoneziyada, eləcə Çin, ABŞ, Fransa, Honkonqda satılır. Biz Latın Amerikası ölkələrinin dövlət strukturlarının müdafiə edirik. Bundan başqa, məhsullarımız Afrika ölkələrində geniş yayılıb”.

Onun sözlərinə görə, Azərbaycanda kiberməkan kifayət qədər yaxşı müdafiə səviyyəsinə malikdir. bu əməkdaşlığın inkişafı isə onu daha da artıracaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: