ADU-nun nəzdindəki Konfutsi İnstitutu Yay məktəbi layihəsinə başlayıb (FOTO)

ADU-nun nəzdindəki Konfutsi İnstitutu “Yay məktəbi: Çində təhsil” adlı onlayn seminar keçirib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tələbələr arasında Çin dilinə olan maraq və istəklərin artmasından danışıb.

Azərbaycan-Çin əlaqələrindən bəhs edən R.Abbasov bu əlaqələrin Çin dilinə olan təlabatı, digər bir tərəfdən isə çin dilini öyrənməyə artan marağın çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqəli olduğunu bildirib. Konfutsi İnstitutunun tələbələr üçün yaratdığı imkanlardan bəhs edən professor, pandemiya dönəmində yaranan məhdudiyyətlərdən də söz açıb. Çində təhsil imkanlarından bəhs edən professor Konfutsi İnstitutunun hər zaman tələbələrinin yanında olduğunu da qeyd edib.

Ötən illərdə Çində iki həftəlik Yay məktəbi layihəsində iştirak edən ADU Çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova öz təcrübəsindən danışıb. O, bu təcrübədə görülən işlər, Çində gəzdiyi şəhərlər və əldə etdiyi biliklər haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Eyni zamanda pandemiya dövründə Çində 1 illik təhsil proqramı qazanan ADU Çinşünaslıq ixtisasının tələbəsi Fəyyaz Qorçubəyli də öz təcrübələrindən danışıb. 1 illik təhsil proqramının qeydiyyat mərhələləri haqqında ətraflı məlumat verib. O, pandemiya səbəbindən dərslərin onlayn keçirildiyini bildirib.

Sonda seminar iştirakçılarının sulları cavablandırılıb.

Teqlər: