Rusiyanın Kuril adaları yaxınlığında güclü zəlzələ baş verib

Sakit okeanında Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Simuşir adasından 86 kilometr cənub-şərqdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan yoxdur.