Rusiyanın Kremennoy hücumu uğursuz oldu

Rusiyanın Kremennoy hücumu uğursuz oldu

Rusiyanın Svatovo-Kremennoy xətti boyunca hücumu uğursuz oldu.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu hesabatında qeyd edib.

Ukrayna Baş Qərargahı və rus hərbi jurnalistlərinə istinad edən institut analitikləri hesab edirlər ki, ruslar eyni anda bir neçə sahədə irəliləməyə çalışdıqları Kremennoy bölgəsində ciddi uğur qazana bilməyiblər:

“Üstünlüklərinin olmasına baxmayaraq, Luqansk vilayətində Rusiyanın hücum əməliyyatları uğursuzluqla nəticələnib. Luqanskda rus qoşunlarının hücumun miqyasını və ya intensivliyini artırmaq üçün kifayət qədər ehtiyatı yoxdur”.

Teqlər: