Rusiyanın Krasnoyarsk diyarında ağır yol qəzası baş verib, ölən və yaralılar var

Rusiyanın Krasnoyarsk diyarında ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər müxtəlif bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib.

Qəza Kuznetsovo-Zıkovo yolunun 9-cu km-də baş verib. Avtomobillərdən biri ötmə əməliyyatı zamanı qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb.


Hadisə yerində yol polisi əməkdaşları müvafiq tədbirlər görür. Qəza yerində hərəkət məhdudlaşdırılıb.

Teqlər: