Rusiyanın Kaluqa vilayətində ağır yol qəzası baş verib, ölənlər arasında azyaşlı var

Rusiyanın Kaluqa vilayətində M3 “Ukrayna” şossesində “Hyundai” markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 4 nəfər həlak olub.

Trend xəbər verir ki, ölənlər arasında bir uşaq var. Məlumata görə, minik və yük avtomobili eyni istiqamətdə hərəkətdə olublar.


Qəza magistralın 115-ci kilometrliyində, Kaluqa vilayətinin Maloyaroslavets rayonunda baş verib. Prokurorluğun əməkdaşları istintaq-əməliyyat qrupu ilə birlikdə hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.

Teqlər: