İngiltərədə iki qatar toqquşub

İngiltərənin cənub-qərbində Solsberi şəhəri yaxınlığında iki qatar toqquşub.

Trend xəbər verir ki, bu barədə məlumatı Uiltşir qraflığı polisi yayıb.

Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub, qəzanın səbəbləri araşdırılır.

İlkin məlumata görə insident nəticəsində 13 nəfər yaralanıb, lakin onların xəsarətləri ağır kimi qiymətləndirilimir.

Teqlər: