Rusiyanın itkisi 5 dəfə çoxdur – NATO rəsmisi

Rusiyanın itkisi 5 dəfə çoxdur – NATO rəsmisi

Baxmut uğrunda döyüşlərdə Rusiya qoşunları Ukrayna tərəfinə nisbətdə ən azı 5 dəfə çox hərbçi itirib.

AzerTimes xəbər verir ki, bu barədə NATO-nun adı açıqlanmayan rəsmisi CNN-ə deyib.

O bildirib ki, açıqladığı nisbət alyansın kəşfiyyat məlumatlarına əsaslanır.

Məlumata görə, sözügedən şəxs yalnız anonimlik əsasında məlumatları açıqladığını, kəşfiyyat məlumatlarını müzakirə etməyin qadağan olunduğunu bildirib.

Alyans nümayəndəsi həmçinin vurğulayıb ki, Baxmutda Ukraynanın da itkiləri kifayət qədər böyükdür.

Teqlər: