Rusiyanın itkiləri bir həftədə kəskin artıb – Britaniya

Rusiyanın itkiləri bir həftədə kəskin artıb – Britaniya

Son iki həftə ərzində Rusiya Ukraynaya hücumunun ilk həftəsindən bəri ən çox itki verib.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, Ukrayna Baş Qərargahının rusların itkiləri ilə bağlı açıqladığı gündəlik məlumatlar demək olar dəqiqdir:

“Rusiyada son yeddi gündə orta itki nisbəti gündə 824 nəfər təşkil edib ki, bu da 2022-ci ilin iyun-iyul ayları ilə müqayisədə dörd dəfə çoxdur. Ukrayna da şəxsi heyətin itkilərindən əziyyət çəkməkdə davam edir”.

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiyanın itkilərinin artması çox güman ki, bir sıra amillərlə, o cümlədən cəbhə boyu təlim keçmiş kadrların, koordinasiya və resursların çatışmazlığı ilə bağlıdır. Bunu son Uqledar və Baxmut hadisələrndə də görmək olar.

Teqlər: