Ermənistan Baş naziri Nikol Paşinyan 9 (10) noyabr bəyanatının bəndlərinin Ermənistana görə yerinə yetirilməməsi barədə Rusiya XİN-in açıqlamasına cavab verib.
AzerTimes xəbər verir ki, Paşinyan bu barədə Ermənistan İctimai Televiziyasının efirində deyib.
O, bu yöndən verilən sualı bu cür cavablandırıb:
“Yəni 9 (10) noyabr üçtərəfli bəyanatda yazılıb ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinə hücum etməlidir və bu zaman Rusiya sülhməramlıları gizlənməlidir?”