İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək – Yılmaz

İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək – Yılmaz

Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz “ İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

“Orada da iş dünyasını bir araya gətirməyi planlaşdırırıq. Dəqiq tarix bəlli deyil lakin fevral ayının ikinci yarısında baş tuta bilər. İki ölkənin ticarət və iqtisadi münasibətləri üçün yeni bir yol xəritəsi hazırlayacağıq”, – deyə C.Yılmaz bildirib.

Qeyd edək ki, Bakıda Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir.

Teqlər: