Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) beş aviaşirkətə Azərbaycan, Misir, Kuba və İspaniyaya uçuşlar həyata keçirmək üçün icazə verib.
AzerTimes-ın “Kommersant”a istinadən verdiyi məlumata görə, bu barədə qərarı Rosaviasiyanın rəhbəri Aleksandr Neradko imzalayıb.
Qərara əsasən, “S7” və “Severnıy Veter” aviaşirkətlərinə Azərbaycanın Bakı və Gəncə şəhərlərinə uçuşlar üçün icazə verilib.
Bildirilir ki, bu istiqamətlərdə “S7” aviaşirkəti həftədə 3 uçuş, “Severnıy Veter” aviaşirkəti isə həftədə 7 uçuş həyata keçirə bilər.