Rusiyanın hücum qüvvələrini darmadağın etmək üçün…

Rusiyanın hücum qüvvələrini darmadağın etmək üçün…

Donbasda Rusiyanın hava hücumundan müdafiəsini məhv etmək üçün əhəmiyyətli dərəcədə HİMARS reaktiv yaylım atəş sistemləri, eləcə də aktiv hava dəstəyi tələb olunur.

AzerTimes xəbər verir ki, bunu Ordu Araşdırmaları, Konversiyaları və Silahsızlaşdırması üzrə Ukrayna Mərkəzinin beynəlxalq məsələlər üzrə sədr müavini Mixail Samus deyib.

O qeyd edib ki, HİMARS sistemləri hazırda məhdud şəkildə istifadə olunur, çünki onların sayı hələlik bütün cəbhə xəttini əhatə edə bilmir:

“Əgər bizdə bunların sayı onlarla olsaydı, o zaman Rusiyanın Donbasdakı hücumu tamamilə dayanardı, çünki təkcə komanda məntəqələri və sursat anbarları deyil, həm də hava hücumundan müdafiə sistemi məhv olardı. Bu şəraitdə Ukrayna aviasiyası qoşunlarımıza kömək edə bilərdi, yəni Ukrayna müdafiəsinə hücum etməyə çalışan rusların bütün qabaqcıl mövqeləri darmadağın olardı”.

Teqlər: