Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı: 63 nəfər öldü – Video

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı: 63 nəfər öldü – Video

13:17

Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilib.

Hadisənin səbəbi və nəticələri araşdırılır.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.

***

Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, 63 nəfərin öldüyü bildirilir.

Rusiyanın “112” Teleqram kanalının məlumatına görə, qəzaya uğrayan İl-76 hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.

Teqlər: