Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanın 355 mindən çox hərbçisi öldürülüb və yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin məlumatında deyilir.
Bildirilib ki, bu ilin fevral ayında gündəlik rəqəmlər müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Beləliklə, Rusiya ordusunun hər gün orta hesabla 983 hərbçisi ölüb və yaralanıb.
“Kəskin artım Rusiyanın qeyri-məhdud sayda qüvvələrdən istifadə edərək dağıdıcı müharibə aparmağa hazır olduğunu göstərir.
İnsan həyatı baxımından baha başa gəlsə də, bu cür taktikalar Ukraynanın bütün cəbhə xətti boyunca mövqelərinə təzyiqi artırır”, – məlumatda bildirilib.