Qərb qüvvələri sərhədi qorusun, Ukrayna ordusu isə…

Qərb qüvvələri sərhədi qorusun, Ukrayna ordusu isə…

Tərəfdaş ölkələr tərəfindən Ukraynaya əcnəbi hərbçilərin göndərilməsi Ukrayna ordusuna qüvvələrini Belarusla sərhəddən çıxararaq cəbhənin ən fəal sektorlarını gücləndirməyə imkan verə bilər.

AzerTimes xəbər verir ki, bunu “Azov” alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin deyib.

Ukrayna ərazisində əcnəbi döyüşçülərin yerləşdirilməsi ehtimalını şərh edən hərbçi bildirib ki, bu ideya yaxşıdır, lakin real deyil:

“Əlbəttə ki, onlar birbaşa döyüşlərdə iştirak etməyəcəklər. Bununla belə, onlar müəyyən tapşırıqları yerinə yetirə, ən azı təlimatçı fəaliyyəti və bəzi yardımçı işlər görə bilərlər. İndi xarici qoşunların cəlb edilməsi üçün ən yaxşı variant Belarus sərhədində nəzarəti ələ keçirməkdir. Beləliklə, biz qüvvələrimizin bir hissəsini cəbhənin ən qaynar nöqtələrinə yönəldə bilərk”.

Teqlər: