Rusiyanın gələcəyi Arktikadadır – Putin

Rusiyanın gələcəyi Arktikadadır – Putin

Uzaq Şərq və Arktikanın inkişafı Rusiyanın inkişafında mühüm amildir, çünki ölkənin gələcəyi bu bölgələrdədir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Ölkə rəhbərliyi 2000-ci illərin əvvəllərində və 2013-cü ildən daha fəal şəkildə Uzaq Şərq üçün inkişaf layihələri ilə məşğul olmağa başladı. Biz buna diqqət yetirmişik, diqqət yetiririk və gələcəkdə də diqqətdə saxlayacağıq, çünki təbii ki, bu, ölkənin gələcəyidir. Eləcə də Arktikada. Burada logistika, istehsal, mineral ehtiyatlar var. Biz bu əraziləri inkişaf etdirməliyik”, – Putin bildirib.

Teqlər: