Rusiyanın fövqəladə hallar naziri təlimdə həlak olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev təlimlər zamanı həlak olub.

Trend-in məlumatına görə, nazir qurumlararası təlimlər zamanı şəxsin həyatını xilas edərkən həyatını itirib.

Qeyd edək ki, Y.Ziniçev 2018-ci ildə fövqəladə hallar naziri təyin olunmuşdu.