Rusiyanın “S7 Airlines” aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkazdan Azərbaycanın paytaxtına uçuş proqramına başlayacaq.
AzerTimes-ın hava limanının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiyanın “S7 Airlines” aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkaz-Bakı uçuş proqramına başlayacaq.
Bakıya uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Vladikavkazdan uçuş saat 18:00-da, Azərbaycana yerli vaxtla saat 20:15-də eniş olacaq. Geriyə uçuş Bakıdan saat 16:00-da həyata keçiriləcək və 16:25-də təyyarə Rusiyada Şimali Osetiyaya çatacaq.
Marşrut işgüzar və ekonom sinif kabinləri ilə təchiz olunmuş rahat Boeing 737-800 təyyarələrlə təmin ediləcəkdir.
Uçuşlar aviaşirkət tərəfindən oktyabr ayının sonuna qədər planlaşdırılıb. Biletlər artıq satışdadır, aviaşirkətin rəsmi saytından və bütün kassalardan əldə edə bilərsiniz.