Masallıda evdə yanğın olub

Masallı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Həsənli kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə və damına yığılan istifadəsiz əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: