Rusiyanın daha bir bölgəsində PUA uçuşu qadağan edildi

Rusiyanın daha bir bölgəsində PUA uçuşu qadağan edildi

Rusiyanın Leninqrad vilayətində dronlardan istifadə qadağan edilib.

AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko şəxsi Teleqram kanalında məlumat verib.

“Yaxın gələcəkdə daxili işlər nazirliyi və Rusiya Qvardiyası bölmələrini razılaşdırılmamış uçuşlar həyata keçirən dronların məcburi enməsi üçün avadanlıqla təchiz edəcəyik”, – məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Kremlə edilən dron hücumundan sonra Moskvada PUA-ların uçuşuna qadağa qoyulub.

Teqlər: