İrəvanda Nikola etiraz: Kəsilmiş donuz başı… – Video

İrəvanda Nikola etiraz: Kəsilmiş donuz başı… – Video

44 günlük müharibədə ölən erməni əsgərlərin valideynləri İrəvanda hökumət binasının qarşısında aksiya keçiriblər.

AzerTimes xəbər verir ki, aksiya iştirakçılarına müxalif siyasətçi Naira Zöhrabyan, Zarui Postancanyan və digər şəxslər qatılıblar.

Əllərində müharibə zamanı ölən erməni əsgərlərin şəkillərini tutan aksiyaçılar Baş nazir Nikol Paşinyanın dünən parlamentdəki çıxışına etiraz ediblər.

Aksiyaçılar Paşinyana etiraz olaraq yerə kəsilmiş donuz başları, Paşinyan və Anna Akopyanın şəkillərini atıblar. Hətta donuz başlarını da qan əlaməti olaraq qırmızı rənglə boyayıblar.

“Bu, onların ölkəmizdə tökdüyü qanlardır. Vətəni satan satqınlar mütləq “Erməni Nürnberqi” qarşısında dayanacaqlar”, – Zöhrabyan bildirib.

Teqlər: