Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlara başlayacaq

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiyanın “Smartavia” şirkəti martın 5-dən etibarən
Sankt-Peterburqdan Bakıya reyslər həyata keçirəcək.

Trend bu barədə
şirkətə istinadən məlumat verir.

Uçuşlar həftədə bir dəfə, şənbə günləri həyata keçiriləcək.

Qeyd olunur ki, uçuşlar Sankt-Peterburqdan yerli vaxtla saat
16:30-da yola düşəcək, Bakıya 21:15-də çatacaq. Bakıdan isə təyyarə
22:15-də yola düşəcək, 01:15-də Sankt-Peterburqa çatacaq.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)