Rusiyanın cənubunda daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın cənubundakı Krasnodar diyarında leysan yağıntılarla əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

AzerTimes-ın məlumatına görə, Anapa şəhərində son sutka ərzində 3 aylıq yağıntı norması düşüb.

Bölgədə 800-ə yaxın ev və həyətyanı sahə su altında qalıb.

Anapa və Novorossiysk şəhərlərində, Temryuk və Slavyansk rayonlarında fövqəladə vəziyyət elan olunub. Diyar ərazisində yağıntıların davam edəcəyi proqnozlaşdırılır.