Rusiyanın bu şəhərində fövqəladə hal elan edildi – Video

Rusiyanın bu şəhərində fövqəladə hal elan edildi – Video

Soçi şəhərində fövqəladə vəziyyət elan edilib. Vəziyyət çox ciddidir.

AzerTimes xəbər verir ki, bu sözləri Soçi şəhərinin meri Aleksey Kopayqorodski deyib.

“Son üç gündə şəhərin bütün ərazilərində dağıntılar baş verib. Vəziyyət çox ciddidir. Ən çox Mərkəzi rayon zərər çəkib”, – mer bildirib.

O qeyd edib ki, qəza-bərpa xidməti işini davam etdirir.

Qeyd edək ki, Soçidə bir neçə gündür sel-suları küçə və evləri basıb. Məlumata görə, yağıntının miqdarı bir saat üçün 76 mm təşkil edir.

Yağış suları şəhərin 16 küçəsini və federal şoseni basıb. Güclü yağışlar bir qadının ölümünə səbəb olub.

Teqlər: