Rusiyanın bu ölkəyə hücum etməyə gücü yoxdur

Rusiyanın bu ölkəyə hücum etməyə gücü yoxdur

Rusiyanın tanınmamış Dnestryanı ərazini işğal etmək üçün kifayət qədər resursu yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə NATO Baş katibinin müavini Mirça Coana deyib.

“Rusiyanın Moldovaya hücum üçün hərbi potensialı yoxdur, lakin Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin bəyanatlarında təzyiq, sabitliyi pozma və təhdid elementləri var”, – o bildirib.

Coananın fikrincə, Ukraynada müharibə tükənmə mərhələsinə qədəm qoyub:

“Ona görə də Rusiya növbəti hərbi münaqişəyə başlaya bilməyəcək. Moldovanın indi narahat olması üçün heç bir əsas yoxdur”.

Teqlər: