Rusiyanın bu istiqamətlərdə hücumunun qarşısı alındı

Rusiyanın bu istiqamətlərdə hücumunun qarşısı alındı

Ukrayna hərbçiləri bir neçə istiqamətdə rusların hücum və irəliləyişlərini uğurla dəf edib.

AzerTimes xəbər verir ki, bu barədə Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Donetsk ərazilərində tam nəzarəti yaratmaq üçün, ruslar diqqətini Xerson, Xarkov, Zaporojye və Nikolayev vilayətlərinin ələ keçirilən rayonlarının saxlanmasına yönəltməkdə davam edir”, – məlumatda qeyd edilir.

Həmçinin bildirilir ki, son sutka ərzində Rusiya qüvvələri hərbi və mülki obyektlərə 6 raket və 20-dən çox hava zərbəsi endirib. Bu zərbələrdən isə xüsusilə, Poltavka, Prişib, Pobeda, Kreşenovka, Osokorovka və Beloqorye yaşayış məntəqələri zərər çəkib.

Teqlər: