BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyası çərçivəsində
İnsan Hüquqları Şurasında Rusiyanın üzvlüyünün dayandırılması
barədə qətnamə qəbul edib.
Trend TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 93
nəfər qərarın lehinə, 24 nəfər əleyhinə səs verib, 58 nəfər bitərəf
qalıb.
Sənədin qəbulu üçün səsvermədə iştirak edənlərin üçdə ikisi
tələb olunurdu. Bitərəf qalanlar hesablanmır. Beləliklə, “lehinə”
və “əleyhinə” 117 nümayəndə səs verib.