“Google Maps” bu məlumatları yığışdırır – Bakı sakinlərinin işi çətinləşə bilər

“Google Maps”dən Bakının ictimi nəqliyyat marşrutlarına dair
məlumatlandırma sisteminin yaxın günlərdə yığışdırılacağı ilə bağlı
xəbər nəqliyyat sistemi üçün mənfi hallara gətirib çıxara
bilər.

Bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert,
hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə sözügedən tətbiq vətəndaşlar və turistlər
üçün bir sıra üstünlüklərə sahibdir.

“Elektron məlumatın olmaması ictimai nəqliyyatdan istifadə edən
Bakı sakinlərinin, qonaqların və turistlərin işini xeyli
çətinləşdirəcək. “Google Maps” xəritəsinin bir sıra üstünlükləri
var. Dünyada müxtəlif naviqasiya proqramları mövcuddur. İnsanların
şəhər küçələrində piyada, ictimai nəqliyyatla, fərdi avtomobillə və
taksilərlə hərəkət eləməsi üçün belə məlumatlara ehtiyac var. Bakı
Nəqliyyat Agentliyi və digər əlaqədar təşkilatlar nəinki bu işi
dəstəkləməli, hətta onun təkmilləşməsi üçün çalışmalıdır”, – deyə
ekspert qeyd edib.

Teqlər: