Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya oronavirusa yoluxub.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə daimi nümayəndəlikdən bildiriblər.
Məlumata əsasən, daimi nümayəndə özünü təcrid edib və məsafədən işini davam etdirir.
“Daimi nümayəndəliyin əməkdaşları, xüsusən də BMT-nin Baş Qərargahında tədbirlərə qatılan diplomatlar mütəmadi olaraq COVID-19 testindən keçirlər”, – deyə nümayəndəlikdən bildiriblər.