İtaliya 2032-ci ildə keçiriləcək Avropa Çempionatına ev sahibliyi etmək istəyir

İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.

AzerTimes-ın “ANSA” agentliyinə istinadən verdiyi məlumata görə, İtaliya Futbol Federasiyası Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) turnirin təşkilində maraqlı olduğu barədə məlumat verib.


Bildirilir ki, namizədlik layihəsi 12 aprel 2023-cü il tarixinədək təqdim edilməlidir. Çempionatın keçiriləcəyi yer ilə bağlı qərarın 2023-cü ilin sentyabrında veriləcəyi gözlənilir

Teqlər: