Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 2,3%
(və ya 14 milyard dollar) azalaraq 29 aprel 2022-ci il tarixinə
593,1 milyard dollar təşkil edib.
Trend “TASS”-a
istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat
yayıb.
22 aprel 2022-ci il tarixinə ölkənin beynəlxalq ehtiyatları
607,1 milyard dollar təşkil edib.
Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Qərbin sanksiyaları
nəticəsində ölkənin təxminən 300 milyard dollar qızıl-valyuta
ehtiyatlarının dondurulduğunu bildirmişdi.