Kubanın paytaxtında partlayış nəticəsində azı 8 nəfər ölüb (FOTO)

Kubanın paytaxdı Havana şəhərinin mərkəzində yerləşən oteldə
güclü partlayış baş verib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər
həlak olub, daha 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə
xəstəxanalara çatdırılıblar.

Yerli televiziyada fəlakət yerindən açıqlama verən Kuba
prezidenti Miqel Diaz-Kanel “Saratoga” otelindəki partlayışın böyük
ehtimalla qaz sızmasından baş verdiyini söyləyib.

Partlayışın gücündən binanın azı iki mərtəbəsi uçub.

Teqlər: