Rusiyanın Belqorod vilayətində mərmi partlayıb, yaralananlar var

Rusiyanın Belqorod vilayətində müvəqqəti hərbi şəhərcikdə mərmi
partlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a təcili xidmətlərdəki
mənbə xəbər verib.

Məlumata əsasən, insident nəticəsində 4 hərbçi yaralanıb.

Daha əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov
bildirib ki, hadisə Krasnıy Oktyabr kəndi yaxınlığında baş verib.
Onun sözlərinə görə, kənd sakinləri arasında ölən və xəsarət alan
yoxdur. Yaşayış məntəqəsinin ərazisinə heç bir ziyan dəyməyib.