Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində “Krokus Siti Holl”dakı baş vermiş terror aktının qurbanlarının anılması üçün onlayn xatirə kitabı açılıb.
AzerTimes xəbər verir ki, səfirlikdəki bayraq yarıya endirilib.
Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.