Azərbaycan millisinin Monqolustanla matçda qazancı bəlli oldu

Azərbaycan millisinin Monqolustanla matçda qazancı bəlli oldu

Azərbaycan millisinin Monqolustanla qarşılaşmadakı qazancı bəlli olub.

AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, Arif Əsədovun yetirmələri 1:0 hesablı qələbə ilə FİFA reytinqinə 2,5 xal əlavə edib.

Azərbaycan millisi açıqlanan son cədvəldə 1174,22 xalla 113-cü pillədə yer alıb. “FİFA Series”dəki ilk qələbə ilə bu rəqəm 1176,72-yə yüksəlib.

Yığmamız Bolqarıstanla matçda aktivini daha da zənginləşdirə bilər. Həmin oyunda qələbə 6,1, heç-heçə 1,1 xal gətirəcək.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı martın 25-də keçiriləcək.

Teqlər: