Rusiyanın avrobondlar üzrə rublla ödənişləri defolt sayıla bilər – Moody’s

Rusiyanın 2022 və 2042-ci illərdə vaxtı çatan avrobondlar üzrə
ödənişləri dollar əvəzinə rublla həyata keçirməsi istiqraz
buraxılışının şərtlərində dəyişiklikdir.

Trend xəbər verir ki, bu barədə Moody’s beynəlxalq reytinq
agentliyindən bildirilib.

Məlumata əsasən, güzəşt müddətinin sonuna qədər, yəni mayın
4-dək vəziyyət düzəlməzsə, bu addım defolt hesab edilə bilər.

Xatırladaq ki, Rusiya Federasiyasının Maliyyə Nazirliyi ABŞ-ın
xarici borclara xidmət üçün dondurulmuş valyuta ehtiyatlarından
istifadəyə qadağası fonunda aprelin 4-də “Rusiya-2022” və
“Rusiya-2042” emissiyaları üzrə ödənişləri rublla həyata
keçirib.