Rusiyanın artilleriyası da çoxdur, qurbanları da

Rusiyanın artilleriyası da çoxdur, qurbanları da

Ən çətin vəziyyət Donbasdadır. Onların daha çox artilleriyası, daha çox RYAS-ı var, daha çox qurbanları var. Amma onlar artilleriyaları kimi qurbanlarını da hesablamırlar. Bizim üçün isə insanımız hər şeydən vacibdir. Biz insanları maksimum qorumaq üçün hər şey edirik.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski CNN telekanalına müsahibəsində deyib.

“Ruslar demək olar ki, bütün Luqansk vilayətinə nəzarət edirlər. Luqansk vilayətinin kənarında döyüşlər gedir.

Xarkovda isə demək olar ki, bütün region azad edilib. Amma, yeri gəlmişkən, bu asan deyil. Ona görə də Ukraynanın tərəfdaşların köməyinə ehtiyacı var”, – Ukrayna dövlət başçısı bildirib.

Teqlər: