Rusiyanın aktivləri Ukraynaya verilir?

Rusiyanın aktivləri Ukraynaya verilir?

ABŞ hesab edir ki, Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir. Vaşinqton öz tərəfdaşları ilə Rusiyanın Qərbdə dondurulmuş dövlət aktivlərinin bunun üçün necə istifadə oluna biləcəyini müzakirə edir.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“Biz bunu tərəfdaşlarımızla müzakirə edirik, lakin dondurulmuş Rusiya aktivləri ilə nə edə biləcəyimizlə bağlı hüquqi maneələr var. Beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynanın yenidən qurulması üçün məsuliyyəti öz üzərinə götürməsini gözləyir”, – o bildirib.

Teqlər: