Rusiyanın adı dəyişdirilir? – Zaxarova açıqladı

Rusiyanın adı dəyişdirilir? – Zaxarova açıqladı

Ukrayna hakimiyyətinin Rusiyanın adının dəyişdirilərək “Muskovi” olması ilə bağlı fikirləri onların “anti-Rusiya” yaratmağa çalışdığına sübutdur.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, Ukraynadan “anti-Rusiya” yaratmaq cəhdinin daha bir sübutudur”, – deyə Zaxarova Teleqram kanalında yazıb. Diplomat əlavə edib ki, Vladimir Zelenskinin administrasiyası gündəlik olaraq Rusiyanın öz təşəbbüslərində haqlı olduğunu təsdiqləyir.

Bundan əvvəl Ukrayna prezidenti Nazirlər Kabinetinin rəhbərinə Rusiyanın adının “Moskovi” olaraq dəyişdirilməsi imkanlarına baxmağı tapşırmışdı. Müraciətdə, həmçinin Zelenski “rus dili” ifadəsini “Moskva”, “Rusiya Federasiyası” ifadəsini isə “Moskva Federasiyası” ilə əvəz etməyə çağırıb.

Teqlər: