Rusiyanın 40 hücumu: Bu şəhərlər zərbə altında…

Rusiyanın 40 hücumu: Bu şəhərlər zərbə altında…

Ukrayna Müdafiə Qüvvələri düşmənin hücum hərəkətləri etməyə çalışdığı cəbhənin bir neçə istiqamətində ruslara problem yaradıb və ümumilikdə Rusiyanın 40 hücumunu dəf edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatda bildirilib.

“Baxmut və Marinka döyüş əməliyyatlarının episentrində qalırlar. Gün ərzində cəbhənin göstərilən bölmələrində müdafiəçilərimiz düşmənin 40 hücumunu dəf edib”, – məlumatda deyilib.

Baş Qərargahın məlumatına görə, gün ərzində düşmən Sum vilayətində 5 yaşayış məntəqəsini, həmçinin Xarkov vilayətində 4 yaşayış məntəqəsini atəşə tutub.

Eyni zamanda, Kupyansk istiqamətində rus qoşunları 4 yaşayış məntəqəsinin ərazilərində minalama işləri aparıb. Rusiya qoşunları Xarkov vilayətində Novomlinsk, Dvureçnaya və Berestovo yaşayış məntəqələrini atəşə tutub.

Həmçinin Liman istiqamətində düşmən Dibrova qəsəbəsi yaxınlığında uğursuz hücum əməliyyatları keçirib. Luqansk vilayətində üç, Donetsk vilayətində iki yaşayış məntəqəsinə artilleriya hücumu həyata keçirilib.

“Baxmut istiqamətində düşmən hücum əməliyyatlarını davam etdirir. Baxmut şəhəri uğrunda döyüşlər dayanmır. Düşmən Xromovoe kəndi ərazisində hücuma keçsə də, uğurlu alınmayıb”, – Baş Qərargah bildirib.

Bundan başqa, Donetsk vilayətinin Minkovka, Orexovo-Vasilevka, Qriqorovka, Baxmut, İvanovskoye, Çasov Yar, Stupoçki, Diliyevka və Nyu York şəhərləri də düşmən atəşindən zərər çəkib.

Teqlər: