Rusiyanın 23 ildir axtardığı cinayətkar Ermənistanda tutuldu

Rusiyanın 23 ildir axtardığı cinayətkar Ermənistanda tutuldu

Rusiya polisinin 23 ildir axtardığı cinayətkar Baqrat N. Ermənistanda ələ keçirilib.

AzerTimes xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.

Bildirilir ki, Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Rostov vilayətində qətl törətməkdə şübhəli bilinərək 1999-cu ildən bu ölkədə axtarışda olan 51 yaşlı Baqrat N.-i həbs edib.

Həmin şəxsin Mehridəki keçid məntəqəsində saxlanıldığı vurğulanıb.

Teqlər: