Rusiya polisinin 23 ildir axtardığı cinayətkar Baqrat N. Ermənistanda ələ keçirilib.
AzerTimes xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.
Bildirilir ki, Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Rostov vilayətində qətl törətməkdə şübhəli bilinərək 1999-cu ildən bu ölkədə axtarışda olan 51 yaşlı Baqrat N.-i həbs edib.
Həmin şəxsin Mehridəki keçid məntəqəsində saxlanıldığı vurğulanıb.