Rusiyanın 160 milyonluq S-400-ü aşdı – Video

Rusiyanın 160 milyonluq S-400-ü aşdı – Video

Rusiyanın Tula vilayəti yaxınlığında, M2-Krım magistralının Prudnoye kəndindən keçən hissəsində S-400 zenit-raket kompleksi (ZRK) yol kənarına aşıb.

AzerTimes xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Təxminən 160 milyon dollar dəyərində olan S-400-ün səhər saatlarında qəzaya uğradığı bildirilib.

Məlumata görə, kompleks 8 texnikadan ibarət kortejlə birlikdə hərəkət etsə də, sonradan geri qalıb.

İlkin ehtimala görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb. Nəticədə sürücü qolunu sındırıb, lakin ciddi xəsarət almayıb.

Teqlər: