Rusiyanın 15 bəndlik “təklifi”nin 2-si Bakıya qarşıdır

Rusiyanın 15 bəndlik “təklifi”nin 2-si Bakıya qarşıdır

Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması üçün təqdim etdiyi “15 bəndlik təklif”in ikisi haqda erməni mediası yazıb.

AzerTimes xəbər verir ki, “Joxovord” 14 və 15-ci maddələrin “rus sülhməramlıların missiya müddətinin uzadılması” və “Qarabağdakı ermənilərin statusu” ilə bağlı olduğu, ancaq bunu Azərbaycanın qəbul etmədiyini iddia edib.

Erməni deputatlar isə bu təklifdə Ermənistan tərəfi üçün qəbuledilməz bəndlərin də olduğunu bildiriblər.

Xəbərdə vurğulanıb ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan parlamentə gələcək və bu prosesləri əhatə edən çıxış edəcək.

Qeyd edək ki, Rusiyanın “15 bəndlik təklifi”ni erməni mediası və politoloqları gündəmə gətirsə də, hələ də bəndlər açıqlanmayıb və orda ümumilikdə nədən bəhs olunduğu haqda dolğun informasiya yoxdur.

Teqlər: