Rusiyanı tamamilə parçalamaq istəyirlər – Qişan

Rusiyanı tamamilə parçalamaq istəyirlər – Qişan

ABŞ Yaxın Şərq ölkələrinin Ukraynadakı vəziyyətlə bağlı bitərəfliyini qəbul etmir. Çünki Qərb Rusiyanı tamamilə parçalamaq istəyir.

AzerTimes xəbər verir ki, bunu İordaniyanın keçmiş deputatı Nabil əl-Qişan deyib.

“Bu gün Rusiya ilə qarşıdurma fonunda amerikalılar Yaxın Şərq regionunda neytrallığı qəbul etməyəcəklər, çünki onlar Rusiyaya son qoymaq istəyirlər”, – eks-deputat bildirib.

İordaniyalı ekspert xüsusilə ABŞ-ın İsraili Ukraynaya silah tədarükünü nəzərdən keçirməyə məcbur edə bildiyini vurğulayıb:

“Netanyahunun israillilərin Ukraynaya silah göndərmək istəməsi ilə bağlı bəyanatı İsrailə təzyiqin artdığı anlamına gəlir”.

Teqlər: