Rusiyanı sözlə dox, tankla dayandırmaq olar – Kiyev

Rusiyanı sözlə dox, tankla dayandırmaq olar – Kiyev

Rusiya Ukraynanı danışıqlara razı salmaq üçün ölkənin kritik infrastrukturunu məhv edir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Kreml sözçüsü Dmitri Peskovun açıqlamasını şərh edərkən bildirib.

“İŞİD terrorçuları da özlərini eyni şəkildə aparırlar: tələblərini qəbul etdirmək üçün günahsız insanları öldürürlər”, – Nikolenko vurğulayıb.

Diplomat qeyd edib ki, Rusiya terrorçu dövlət kimi çıxış edir:

“Peskovun bəyanatı Rusiyanın hələ də danışıqlara sadiq olduğuna inanan bəzi ölkələrin gözlərini açmalıdır. Rusiya təcavüzünü danışmaqla dayandırmaq olmaz. Onu yalnız hava hücumundan müdafiə sistemləri, tanklar və MLRS ilə dayandırmaq mümkündür”.

Qeyd edək ki, daha öncə Kreml sözçüsü Dmitri Peskov Rusiya ordusunun Ukraynanın kritik infrastrukturlarına zərbələr endirdiyini bildirib.

Teqlər: