Bu hadisəni araşdırmaqda Ukraynaya heç nə maneə olmur

Bu hadisəni araşdırmaqda Ukraynaya heç nə maneə olmur

Heç kim Ukraynanı Polşa ərazisini bilərəkdən bombaladığı iddiası ilə çıxış etmir.

AzerTimes xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin baş vermiş hadisənin araşdırılmasında iştirakına heç nə maneə olmur.

Qeyd edək ki, 15 noyabr gecəsi Polşanın Ukrayna ilə sərhəddəki Lyublin ərazisinə iki raket düşüb, nəticədə iki mülki şəxs həlak olub. Polşa raket zərbəsində Rusiyanı ittiham etsə də, Moskva bu ittihamları rədd edib.

Teqlər: