Rusiyanı bu cür aldatdılar: inanılmazdır – Vuçiç

Rusiyanı bu cür aldatdılar: inanılmazdır – Vuçiç

Merkelin bu bəyanatı hər mənada, ilk növbədə siyasi mənada hər şeyi kökündən dəyişdirən bir şeydir. Mənim üçün bu aydın bir siqnaldır – heç kimə etibar etmək olmaz.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Serbiya Prezidenti Aleksandr Vuçiç çıxış edib.

Vuçiç Qərbin Rusiyanın məğlubiyyətini hazırlamaq üçün zamanla oynadığını söyləyib:

“Qəribədir ki, Rusiyanın bundan xəbəri yox idi. İnanılmazdır ki, onlar bunu görmədilər və bütün bunlara hazırlıqsız daxil oldular”.

Qeyd edək ki, daha öncə Almaniyanın keçmiş kansleri Angela Merkel müsahibəsində “2014-cü il Minsk razılaşmasının Ukraynaya vaxt vermək cəhdi olduğunu” bildirmiş, Putin isə bu etirafdan məyus olduğunu demişdi.

Teqlər: